Ranyeri: Fransanın qanuni çempionu “Monako”dur
09.05.2014 - 23:59
Ranyeri: Fransanın qanuni çempionu “Monako”dur

 

“Monako” futbol klubunun baş məşqçisi Klaudio Ranyeri PSJ-nin ədalətsiz mübarizədə çempion olduğunu iddia edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis sözlərinin sübutu kimi PSJ-nin maliyyə fair-play qaydalarına pozduğu üçün UEFA tərəfindən təqib edilməsini göstərib.

 

Ranyeri bütün qaydaların gözlənilməli olduğunu qeyd edib: “UEFA dəqiq şəkildə bildirib ki, PSJ Fransa çempionatını maliyyə fair-play qaydalarını pozaraq qazanıb. Beləliklə, mövsümün əvvəlində tətbiq edilən qaydalara uyğun olaraq, “Monako” tam hüquqlu çempiondur. Mənim gələcəyim? Növbəti həftə həlledici ola bilər. “Monako”dakı iki mövsüm gözəl keçib. Mənim oyunçularla çox gözəl münasibətim var, mən hər gün onlarla təmasda oluram. İstefaya göndəriləcəyim barədə şayiələr? Bütün oyunçular kimi mən də bu barədə qəzetlərdən oxuyuram. Amma nə zaman rəsmi qərar olacaqsa, bunu elan edən ilk şəxs mən olacağam”.