"Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdı. İstənilən yerli futbolçu üçün bu komandada oynamaq şərəfdi”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Rauf Əliyev deyib.
Klubun rəsmi saytına açıqlama verən Azərbaycan millisinin hücumçusu “Neftçi” ilə bağlı böyük hədəflərinin olduğunu qeyd edərək, iddialı danışıb: “Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum".
Qeyd edək ki, Əliyev “Neftçi” ilə il yarımlıq müqavilə imzalayıb.