Rayan Qiqqz karyerasını bitirdi
19.05.2014 - 21:11
Rayan Qiqqz karyerasını bitirdi

 

 

“Maçester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Rayan Qiqqz futbolçu karyerasını bitirdiyini elan edib. Apasport.az saytının məlumatına görə, futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

 

Qiqqz açıqlamasında “Mançester Yunayted” üçün gözəl gün yetişdiyini vurğulayıb: “Lui Van Qal gözəl məşqçidir və mən belə bir şəxslə işləmək imkanı əldə etməyimə çox sevinirəm. O, çox böyük peşəkardır və əminəm ki, klub Van Qalın dövründə çiçəkləyəcək. Bununla bağlı elan etmək istəyirəm ki, peşəkar futbolu tərk edirəm və bundan sonra həyatımda daha bir maraqlı dövrə qədəm qoyuram – “Mançester Yunayted”in baş məşqçisinin köməkçisi işləyəcəyəm”.

 

Qiqqz futbolçu karyerası ərzində onu dəstəkləyən azarkeşlər, klub rəhbərliyi və dostlarına təşəkkür edib.