Rednik yenidən “Xəzər Lənkəran”da!
19.05.2014 - 15:21
Rednik yenidən “Xəzər Lənkəran”da!

Mirça Rednik yenidən “Xəzər Lənkəran”a qayıdır. Apasport.az saytının xəbərinə görə, 52 yaşlı mütəxəssis “ağ-yaşıllar”la ortaq məxrəcə gəlib.

 

“Prosport”un iddiasına əsasən, tərəflər arasında ilkin razılıq əldə olunub.  

 

Rumıniya mətbuatı iddia edir ki, Rednik ölkəmizdə ilinə 2 milyon dollar qazanacaq. Bununla, mütəxəssis həmyerliləri arasında 3 ən yüksək ödənişli məşqçidən biri olacaq.

 

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi ildə 3,5 milyon avro qazanan Kosmin Olaroyu (Əl-Əhli”) və Mirça Luçeskudan (Şaxtyor) geri qalacaq.

 

Qeyd edək ki, Rednik bu il aprelin 9-da, ad günündə “Gent”in baş məşqçisi postundan kənarlaşdırılıb. Buna 7 ay klubda çalışan mütəxəssisin komandanı pley-offa çıxara bilməməyi səbəb olub.