Rəqibimiz Kanada ilə heç-heçə oynadı
24.05.2014 - 10:28
Rəqibimiz Kanada ilə heç-heçə oynadı

Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Bolqarıstan millisi yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, rəqibimiz Kanada futbolçuları ilə güclərini yoxlayıblar.

 

Matçda hesabı bolqarlar açsalar da, üstünlüyü qoruya bilməyiblər. Qarşılaşma “sülh”lə başa çatıb.

 

BOLQARISTAN – KANADA – 1:1

Andrey Qalabinov, 19 – Atiba Hutçinson, 27 (pen)