Rəqibimiz uduzdu, Aqolli sevindi
06.03.2014 - 10:05
Rəqibimiz uduzdu, Aqolli sevindi

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, albaniyalılar AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Maltanı qəbul edib.

 

Durres şəhərində keçirilən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Bu matça start heyətində başlayan Aqolli oyunu əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, Albaniya yığmasının “Qarabağ”dakı digər üzvü Admir Teli zədəli olduğu üçün milliyə çağırılmamışdı.