Rəqibinin ayağını qırdı, 28 oyunluq cəza aldı
06.03.2014 - 21:17
Rəqibinin ayağını qırdı, 28 oyunluq cəza aldı

 

 

Vyetnamın futbolunun 1-ci liqasında qayda pozuntusuna görə rekord cəza kəsilib. Apasport.az saytının məlumatına görə, sərt cəzaya oyunçulardan birinin ayağının qırılması səbəb olub.

 

Vyetnam Futbol Federasiyasının açıqlamasında bildirilir ki, faciəli hadisə “Song Lam Nghe An” və “Hung Vuong An Giang” komandalarının görüşü zamanı baş verib. Rəqibinə qarşı həddən artıq sərt oynayan Tran Dinh Dong onun ayağını qırıb. Futbol Federasiyası buna görə Milli komandanın oyunçusu olan Tran Dinh Donga 28 oyunluq cəza və 20 milyon dong (təxminən 1000 manat) cərimə kəsib. Federasiyadan bildiriblər ki, belə ağır cəza kəsilməsi sərt oyunun populyarlaşmasının qarşısının alınması məqsədi daşıyır.

 

Bu cəza ilə mövsümü başa vuran futbolçu zədələdiyi rəqibinin xəstəxana xərclərini öz üzərinə götürməyi təklif edib və qərardan etiraz edəcək.

 

0