21 yaşadək futbolçulardan ibarət komandalar arasında AVRO-2017-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 7-ci qrupda 2 görüş baş tutub.
Yığmamızın öz meydanında Finlandiyaya 0:1 hesabı ilə uduzduğu gündə Almaniya Farer adalarının qonağı olub. Bundestim bu qarşılaşmada 6 cavabsız qolla darmadağına imza atıb – 6:0. Keçirdiyi bütün oyunlarda böyükhesablı qələbə qazanan Almaniya səfərdə əldə etdiyi 3 xalla liderliyə yüksəlib.
| 1 | Almaniya | 3 | 3 | 0 | 0 | 13-0 | 9 | 
| 2 | Avstriya | 3 | 3 | 0 | 0 | 13-3 | 9 | 
| 3 | Finlandiya | 4 | 3 | 0 | 1 | 6-4 | 9 | 
| 4 | Azərbaycan | 5 | 1 | 0 | 4 | 1-13 | 3 | 
| 5 | Rusiya | 2 | 0 | 0 | 2 | 3-6 | 0 | 
| 6 | Farer adaları | 3 | 0 | 0 | 3 | 0-10 | 0 | 
 
             
                     
                     
                                             
                                             
                                            