Rəşad Abdullayev 300-ü arxada qoydu
11.03.2014 - 09:55
Rəşad Abdullayev 300-ü arxada qoydu

Topaz Premyer Liqasının XXV turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi “Simurq”la qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxmaqla Azərbaycan çempionatlarında yubiley – 300-cü matçını keçirib.

 

Hazırda karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında bu göstəricidə rekordçu olan Abdullayev 300-ə 14-cü mövsümdə çatıb. 1999/2000 mövsümündə çempionatda debüt edən yarımmüdafiəçi çıxış etdiyi 6 klubda ümumilikdə 300 matç keçirib.

 

mövsüm

klub

oyun

qol

1999/2000

Xəzər Universiteti (Bakı)

6

1

2000/01

Xəzər Universiteti (Bakı)

18

3

2001/02

Xəzər Universiteti (Bakı)

21

5

2003/04

Xəzər Universiteti (Bakı)

15

3

2004/05

Xəzər Lənkəran

26

2

2005/06

Xəzər Lənkəran

24

-

2006/07

Xəzər Lənkəran

23

4

2007/08

Xəzər Lənkəran

24

4

2008/09

Xəzər Lənkəran

18

2

2009/10

Neftçi (Bakı)

26

2

2010/11

Neftçi (Bakı)

26

7

2011/12

Neftçi (Bakı)

27

7

2012/13

Qəbələ

25

5

2013/14

Rəvan (Bakı)

16

-

2013/14

AZAL (Bakı)

5

-

 

Cəmi

300

45

 

Rəşad Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 12-ci futbolçu olub. Ona qədər 300-ü arxada qoyanların hamısı artıq karyeralarını başa vurublar. Bu üzdən 33 yaşlı yarımmüdafiəçi “12-lik”də daha da irəliləmək imkanına malikdir. Siyahıya isə çempionatların mütləq rekordçusu Mahmud Qurbanov başçılıq edir – 421 oyun.

futbolçu

mövsüm

klub

oyun

1.

Mahmud Qurbanov

20

7

421

2.

Azər Məmmədov

21

7

388

3.

Aslan Kərimov

19

6

382

4.

Aqil Məmmədov

19

9

364

5.

İsmayıl Məmmədov

17

9

351

6.

Kənan Kərimov

19

10

327

7.

Nadir Nəbiyev

15

4

316

8.

Mübariz Orucov

15

5

311

9.

Müşfiq Hüseynov

14

4

305

10.

Ədəhim Niftəliyev

17

8

303

11.

Kamal Quliyev

16

5

302

12.

Rəşad Abdullayev

14

6

300