“Danışılası bir şey yoxdu. Bizə yaraşmayan şəkildə mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov deyib.
Dünən Rusiya ilə yoldaşlıq görüşündə yığmamız 0:4 hesabı ilə uduzub. Komandamızın kapitanı belə məğlub olacaqlarına inmadığını dilə gətirib: “Ümumiyyətlə, ilk hissədə heç nə alınmadı. Həm topla, həm də topsuz istədiyimiz kimi hərəkət edə bilmədik. Standart vəziyyətdən qapımızdan iki top buraxdıq. Belə məğlubiyyəti heç gözləmirdim. Düşünürdüm ki, burada ən azından layiqli oyun sərgiləyərdik. Yalnız son 15-20 dəqiqədə top saxlamağa başladıq, daha yaxşı oynadıq”.