“Qarabağ”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunda zədədən əziyyət çəkən Maksim Medvedev və Rəşad Sadıqovun vəziyyəti ciddi deyil.
Millinin düşərgəsini tərk edərək vətənə dönən Medvedevin əzələsində yüklənmə olduğundan, müdafiəçi 1-2 günlük istirahətə ehtiyac duyur. Eyni probemlə üzləşən və hazırda yığmanın heyətində yer alan kapitan Rəşad Sadıqova da yüklənmə olmaz.
Hər iki futbolçunun həftəsonu “Qəbələ” ilə matça qədər hazır olması gözlənilir.
Qeyd edək ki, Topaz Premyer Liqasının XXIV turundakı “Qarabağ” - “Qəbələ” görüşü fevralın 28-də baş tutacaq.