Reyna debütə hazırlaşır
03.12.2014 - 19:48
Reyna debütə hazırlaşır

“Bavariya”nın qapıçısı Xose Reyna zədəsini sağaldaraq ümumi qrupda məşqlərə başlayıb. Apasport.az-ın məlumatına görə, 32 yaşlı ispaniyalı qolkiper oktyabrda baldır əzələsindən zədələnmişdi.

 

Bu ilin yayında “Napoli”dən “Bavariya”ya keçən Reyna hələlik rəsmi oyunlarda meydana çıxmayıb. Onun əvvəllər “Liverpul”, “Vilyareal” və “Barselona”da çıxış etdiyini də qeyd edək.