Reynaldo: Məşqlərə gec qoşulmağım hiss olunur
19.01.2014 - 21:15
Reynaldo: Məşqlərə gec qoşulmağım hiss olunur

 Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun hücumçusu Reynaldonun apasport.az saytına müsahibəsi

 

- Komandanızın hazırlığı barədə nə deyə bilərsiniz?

- Hər şey qaydasındadır. Məşqlər planlaşdırıldığı şəkildə davam edir. Ancaq toplanışa bir neçə gün gec qoşulduğumdan, özümü yorğun hiss edirəm. Yəqin ki, bir neçə məşqdən sonra hər şey qaydasına düşəcək.

 

- Dövrələrarası fasilədə ilk yoxlama oyununu keçirdiniz. Komandanız necə təsir bağışladı?

- Yeni ildə ilk oyunumuz idi. 1:0 hesablı qələbə qazandıq. Hər şeyin yaxşı alındığını düşünürəm. Fikrimcə, gündən-günə daha yaxşı olacaq.

 

- Matçın nəticəsi  nə dərəcədə əhəmiyyətli idi?

- Belə oyunlar futbolçuların nəyə qadir olduğunu yoxlama baxımından vacibdir. Qış fasiləsi zamanı istirahətə yollanmışdıq. İndi isə çalışmalarımızı davam etdiririk. Bu cür oyunlar zamanı komandadakı çatışmazlıqlar üzə çıxır. Qələbə də yaxşıdır. Amma vacib olan problemləri aşkarlamaqdır ki, çempionatda bunun acısını çəkməyək.

 

- Siz meydanda ən yaxşılardan idiniz. Amma bu, Reynaldonun tam gücü deyildi. Özünüzü nə vaxt tam hazır hiss edəcəksiniz?

- Məşqlərə gec qoşulmağım hiss olunur. Oyun zamanı özümü yorğun hiss edirdim. Ancaq toplanışın başa çatmasına çox var. Ən azı bir həftə burdayıq. Bu müddət ərzində çatışmazlıqlarımızı aradan qaldırıb, çempionata tam hazır şəkildə başlayacağıq. Hazırda liderik və bu üstünlüyümüzü sona qədər qorumalıyıq.