Topaz Premyer Liqasının lideri “Qarabağ” da əksər klublar kimi, qış fasiləsində Antalyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, Ağdam klubu səfərə tam heyətlə gedə bilməyəcək. Çünki braziliyalı futbolçular Reynaldo və Çumbinyo yalnız Türkiyədə kollektivə qoşulacaq.
Reynaldo komandadan bir neçə gün öncə Türkiyəyə yola düşəcək və yerli klinikaların birində tibbi müayinədən keçəcək. Çumbinyo isə Antalyaya vətəni Braziliyadan yollanacaq. Reynaldonun fasilə müddətində kollektivlə birgə məşqə qoşulması gözlənilirsə, yarımmüdafiəçi fərdi məşqlərlə kifayətlənməli olacaq.
Qeyd edək ki, Çumbinyo sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyen”, Reynaldo isə noyabrın 11-də Premyer Liqanın 12-ci turunda “Bakı” ilə görüşdə zədələnib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı