Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçiriləcək son oyuna hazırlıqlarını davam etdirən “Qarabağ”da zədəli futbolçuların durumuna aydınlıq gəlib. Klubun həkimi Murat Şahinoğlunun apasport.az saytına açıqlaması “Qarabağ” azarkeşlərinin heç də ürəyincə olmayacaq.
Çünki həkim braziliyalı futbolçular Reynaldo Silva və Danilo Diasın bu qarşılaşmanı da buraxacaqlarını bildirib: “Reynaldonu “İnter”lə oyuna yetişdirə bilmədik. Braziliyalı hücumçu üçün, ümumiyyətlə, il başa çatıb. Dias da “İnter”lə görüşü buraxacaq. O, çempionatın II dövrəsinin son iki turunda oynaya bilər. Bədavi Hüseynovun durumu isə o qədər də ciddi deyil. Yəqin ki, avrokubok matçında iştirak edə biləcək”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı