[b]Türkiyə futbolunda “danışılmış oyun” qalmaqalı UEFA-nın gündəmində[/b]
21.05.2014 - 23:59
[b]Türkiyə futbolunda “danışılmış oyun” qalmaqalı UEFA-nın gündəmində[/b]

 

UEFA Türkiyənin “Sivasspor” və “Əskişəhərspor” klubları ilə bağlı araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, adları çəkilən klublar danışılmış oyunlarda şübhəli bilinirlər.

 

Hər iki klub avroliqaya vəsiqə qazanıb. “Sivasspor” çempionatda beşinci yeri tutub, “Əskişəhərspor” isə Türkiyə kubokunun finalına kimi irəliləyərək, həlledici oyunda “Qalatasaray”a məğlub olub.

 

Hər iki klub 2011-ci ildəki danışılmış oyunlarda iştirakda şübhəli bilinirlər. Onların “Fənərbaxça”nın çempion olması üçün qəsdən uduzduqları iddia olunur. Bu səbəbdən də, komandaların avroliqada iştirak etməsinə qadağa qoyula bilər.

 

Qeyd edək ki, hər iki komandanın işinə UEFA-nın 2-3 iyun tarixində Nyonda (İsveçrə) keçiriləcək apelyasiya instansiyasında baxılacaq.