Riberi: Sonuncu çempionatımdır
22.05.2014 - 03:35
Riberi: Sonuncu çempionatımdır
 

“Bavariya”nın və Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi Braziliyadakı dünya çempionatının onun üçün sonuncu olacağını bildirib. Apasport.az saytının məlumatına görə, futbolçu komanda yoldaşlarından dünya çempionatında onun üçün qalib gəlməyi xahiş edib.

 

Braziliyadakı mundial 31 yaşlı Riberi üçün karyerasında üçüncü dünya çempionatı olacaq. Futbolçu Fransanın finalda İtaliyaya uduzdu 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında və 2010-cu ildə Cənubi Afrikada keçirilən mundiallarda oynayıb.

 

Riberi bu çempionatın onun üçün sonuncu olacağını dəqiqləşdirdiyini vurğulayıb: “Buna görə də, millimiz çempionatda mütləq qələbə qazanmalıdır”.

 

Qeyd edək ki, Fransa qrup mərhələsində İsveçrə, Ekvador və Hondurasla oynayacaq.