Riberi dünya çempionatını buraxa bilər
02.06.2014 - 22:10
Fransa yığmasının yarımmüdafiəçisi Frank Riberi dünya çempionatını buraxa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü deyib.
“Dünya çempionatı? Hələlik heç nə deyə bilmərəm. Vəziyyət kifayət qədər mürəkkəbdir” - deyə, Riberi “Bild” jurnalına açıqlamasında qeyd edib.
Qeyd edək ki, Riberi uzun müddətdir kürəyindəki ağrılardan şikayət edir və ağrılardan qurtula bilmir. Fransa millisinin baş məşqçisi Didye Deşamp vəziyyətin qeyri-müəyyən olduğunu etiraf edib: “Kürək ağrısı çox ciddi ola bilər. Biz Frank üçün ən yaxşı şərait yaratmağa çalışırıq”.
0
0