Riberi yenidən zədələndi
22.10.2015 - 17:48
Riberi yenidən zədələndi

Bu yaxınlarda zədəsini sağaldaraq sıraya dönən “Bavariya”nın fransalı futbolçusu Frank Riberi yenidən zədələnib. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bugünkü məşq prosesində zədə alıb.

 

Qaçış hərəkətlərini yerinə yetirən Riberi məşqi sona qədər çatdıra bilməyib. Cəmi 17 dəqiqəlik məşqdən sonra təcrübəli futbolçu topuğundan zədələnib.

 

Riberinin budəfəki zədəsinin ciddi olub-olmadığı hələ bəlli deyil. Buna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.