Riberidən illər sonra gələn etiraf
22.01.2014 - 11:50
Riberidən illər sonra gələn etiraf

“Bavariya”nın fransalı futbolçusu Frank Riberinin 2008-ci ildə “Çelsi” və Madrid “Real”ından gələn təklifləri rədd edərək, alman komandasına üstünlük verdiyi ortaya çıxıb. Apasport.az saytının xəbərinə görə, “Qalatasaray”dan qalmaqallı şəkildə ayrıldıqdan sonra “Marsel”ə gedən Frankla münhenlilərlə yanaşı, “Real” və “Çelsi” də yaxından maraqlanırmış.

 

“Bavariya”nın prezidenti Karl-Hayns Rummenige Riberinin 2008-ci ildə ona təklif irəli sürən komandalara mənfi cavab verməsini dəyərləndirib: “Yarımmüdafiəçinin bu durumda “Bavariya” ilə müqavilə bağlamasına görə onu qəhrəman adlandırıram. Yaxşı haldı ki, 6 il öncə Riberiyə təkliflər çox olsa da, Fransa millisinin aparıcı üzvünü klubumuza cəlb edə bildik. Hər şeyi centilmencəsinə həll etdik. Hətta deyə bilərəm ki, rəsmi bir anlaşma olmadığı üçün depressiyaya da qatılmışdım. Özü də “Çelsi”nin Riberiyə çox yüksək məbləğ təklif etdiyini vurğulayım. Lakin bu satışa izin verməməklə, doğru addımı atdıq. Ulduz futbolçuları rəqiblərinə satdığın təqdirdə böyük bir klub ola bilməzsən. “Barselona” və “Real” oyunçularını satmırsa, ala bilməzsən. Bu amil “Bavariya”ya da şamildi”.