“Neftçi” ilə oyunda 3 xal qazandıq. Baxmayaraq ki, Rəşad Sadıqov, Çumbinyo kimi futbolçularımız oynamırdı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda deyib.
Riçard Almeyda UEFA-nın saytına verdiyi açıqlamasında Milan səfəri öncəsi “Neftçi” üzərindəki 3:1 hesablı qələbədən danışıb: “Bu matç göstərdi ki, bizdə bütün mövqelərə alternativ oyunçular var. Əlbəttə, Milanda 3:1 hesablı qələbə haqqında fikirləşə bilmərik. Ancaq biz qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Avroliqanın “İnter” – “Qarabağ” matçı oktyabrın 2-də Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.