Rikardo Kuarejma yenidən "Beşiktaş"da
16.07.2015 - 13:08
Rikardo Kuarejma yenidən "Beşiktaş"da

“Porto”nun təcrübəli futbolçusu Rikardo Kuarejma karyerasını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytı qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 32 yaşlı yarımmüdafəçi ilə razılığa gəlib.

 

“Qara qartal” Kuarejma ilə 3 illik müqavilə imzalayacaq. İstanbul təmsilçisi həmçinin “Porto” rəhbərliyinin razılığını alıb. Portuqaliyalılar Rikardonun Türkiyəyə qayıtmasına qarşı deyillər.

 

Qeyd edək ki, “Beşiktaş” Kuarejma üçün yad sima deyil. O, 2010-2012-ci illərdə “ağ-qaralar”ın formasını geyinib.