Rikardo Quaresma yenidən “Beşiktaş”da
18.07.2015 - 01:00
Portuqaliyalı futbolçu Rikardo Quaresma karyerasını yenidən “Beşiktaş”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “A Spor” televiziya kanalı xəbər yayıb.
Bildirilir ki, “Porto”nun oyunçusu ilə artıq 2 illik ön müqavilə imzalanıb. Oyunçunun bazar ertəsi günü İstanbula gələcəyi və tibbi baxışdan keçərək rəsmi müqavilə imzalayacağı gözlənilir.
“Qara qartallar” bu transfer üçün “Porto”ya 1.6 milyon avro ödəyəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2010-2012-ci illərdə “Beşiktaş”da çıxış edib. Bu müddətdə o, 46 oyunda meydana çıxıb və 8 qol vurub.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0