[b]Rinat Bilyaletdinov rəsmən Ruslan Abışovun baş məşqçisi olacaq[/b]
28.12.2014 - 16:50
“Rubin”i çalışdıran Rinat Bilyaletdinov 2015-ci ildə rəsmən komandanın baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, PRO kateqoriyasının məşqçi lisenziyasını alan 57 yaşlı mütəxəssislə Kazan klubunun rəhbərliyi rəsmi müqavilə imzalayacaq.
"Rubin"lə Bilyaletdinov arasında bağlanacaq "nigah” yanvar ayının əvvəlində gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Qəbələ”nin heyətində icarə əsasında forma geyinən Ruslan Abışov gələn ay müqavilə ilə məxsus olduğu “Rubin”ə qayıdacaq. Millimizin üzvünün Rusiya təmsilçisində qalıb-qalmayacağı hələ ki dəqiq deyil.
0
0