17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin V qrupunun oyunlarını idarə edən azərbaycanlı hakimlər 3-cü təyinatını alıb. Apasport.az saytının məlumatına görə, FİFA referimiz Anar Salmanov sabah keçiriləcək Latviya – Yunanıstan qarşılaşmasının baş hakimi olacaq.
Bu görüşün yan xətt hakimlərindən biri də Mübariz Haşımovdur. Həmyerlilərimizlə eyni briqadada macarıstanlılar – laynsman Balaj Buzak və 4-cü hakim Şandor Sabo da yer alıb.
Qeyd edək ki, I turun Ukrayna – Yunanıstan (0:0) matçında da Salmanov baş hakim, Haşımov laynsman olmuşdu. II turun Ukrayna – Latviya (0:0) görüşündə isə sonuncu yan xətt hakimi, referimiz isə 4-ü ədalət təmsilçisi kimi meydana çıxıb.