Robert Prosineçki “Xəzər Lənkəran” – “Qəbələ” oyununu izləyəcək
05.12.2014 - 15:19
Robert Prosineçki “Xəzər Lənkəran” – “Qəbələ” oyununu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Topaz Premyer Liqasında izləyəcəyi növbəti oyun müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı xorvatiyalı mütəxəssis XV turun bir görüşünə stadiondan baxacaq.

 

Bu qarşılaşma “Xəzər Lənkəran” – “Qəbələ” oyunudur. Prosineçkinin izləyəcəyi görüş dekabrın 7-də “Bayıl Arena”da keçiriləcək.

 

Qeyd edək ki, əyalət təmsilçilərinin oyunu saat 17:00-da başlayacaq.

 

Mənbə: affa.az