“Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran” və “Neftçi” – “Sumqayıt” oyunları stadiondan izləyən xorvatiyalı çalışdırıcı 2 futbolçunu “gözaltı” etdiyini bildirib: “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdu. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.
“Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətimi çəkdi. Onlar mənim üçün önəmli oyunçulardı. Gənc və bacarıqlıdılar”.
affa.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı