Antalyada olan klublarımızın və aşağı yaş qrupları üzrə milli komandaların təlim-məşq toplanışını izləyən Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sürprizlə üzləşib. Apasport.az saytının Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı çalışdırıcı qaldığı “Su səsi” otelində istəmədən “Partizan”ın üzvləri ilə qarşılaşıb.
1987-1991-ci illərdə futbolçu, 2010-2012-ci illərdə isə baş məşqçi kimi “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda”ya xidmət etmiş Prosineçki oteldən çıxarkən Belqrad klubunun məşqçi və futbolçu heyəti ilə rastlaşıb. Onlarla həmsöhbət olmayan 46 yaşlı çalışdırıcı mehmanxananı tərk edib.
Serbiya mətbuatı Bələkdə Prosineçki ilə yanaşı, “Partizan”ın daha bir əzəli rəqibi – “Srvena Zvezda”nın sabiq hücumçusu Oqnen Mudrinskinin də olduğunu qeyd edib.