Robert Prosineçkinin sonuncu köməkçisinin adı dəqiqləşdi
05.12.2014 - 10:14
Robert Prosineçkinin sonuncu köməkçisinin adı dəqiqləşdi

Azərbaycan millisində çalışacaq məşqçilər korpusunun tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın yeni baş məşqçisi Robert Prosineçkiyə kömək edəcək 6-cı çalışdırıcı Yanko Yankoviç olacaq.

 

51 yaşlı çalışdırıcı daha çox futbolçu karyerası ilə tanınır. Xorvatiya millisində 2 matç keçirən hücumçu İspaniyada “Valyadolid”, “Ovyedo” və “Herkules”də üst-üstə 9 il çıxış edib.

 

O, Türkiyənin “Kayserispor” klubunda da Prosineçkinin köməkçiləri olan Qordan Çipriç və Draqan Spasiçlə birlikdə mütəxəssisin yığmamızın əcnəbi yardımçılarını təşkil edəcək.

 

Qeyd edək ki, 3 yerli və 3 əcnəbi ilə çalışacaq Prosineçkiyə yerli məşqçilərdən Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizov da kömək edəcək.