Roberto Karlos “Real”ın yeni transferini təriflədi
02.04.2015 - 22:03
Roberto Karlos “Real”ın yeni transferini təriflədi

Braziliya futbolunun əfsanəsi Roberto Karlosun “Real”ın yeni transferi ilə bağlı fikirləri diqqət çəkib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, veteran oyunçu “Porto”dan keçən Danilonun Madrid klubuna fayda verə biləcəyini vurğulayıb:   

 

“Danilo çox keyfiyyətli futbolçudu, o, üslubu ilə Dani Alveşə çox bənzəyir. Həm müdafiədə əla oyun sərgiləyir, həm də hücuma dəstək verir”.

 

Qeyd edək ki, “Real” braziliyalı müdafiəçinin transferinə 31.5 milyon avro ödəyib. Müqaviləyə əsasən, Danilo 2021-ci ilədək kral klubunun şərəfini qoruyacaq.