Roberto Karlos hücumçumuzun adını protokola salmadı
20.12.2014 - 22:01
Roberto Karlos hücumçumuzun adını protokola salmadı

Millimizin hücumçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” Türkiyə Superliqasının XIV turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası doğma publika önündə “Başakşəhər”lə qarşılaşıb.

 

Cari mövsümdə uğursuz çıxış edən Sivas klubu yenə azarkeşlərini sevindirə bilməyib. 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatan matçda baş məşqçi Roberto Karlos Cihanın adını qarşılaşmanın protokoluna salmayıb.

 

Qeyd edək ki, “Sivasspor” 14 oyundan sonra 10 xalla 17-ci yerdədi.