Roberto Karlos İspaniya yolunda
21.05.2014 - 23:29
Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Roberto Karlos İspaniyadan dəvət alıb. Apasport.az saytının məlumatına görə, “Qranada” klubunun rəhbərliyi əfsanəvi braziliyalı ilə danışıqlara başlayıb.
41 yaşlı Karlos “Qranada”nın təklifinə razılıq verdiyi təqdirdə, baş məşqçi postunda Lukas Alkarası əvəz edəcək. Alkaras artıq komandanı tərk etdiyini açıqlayıb.
“Sivasspor” Roberto Karlosun başçılığı altında Türkiyə çempionatında beşinci yeri tutub. Bu nəticə komandaya avrokuboklarda çıxış etmək imkanı qazandırıb.
0
0