Roberto Mançininin arzusu
18.12.2014 - 21:55
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter”in baş məşqçisi Roberto Mançini Mario Balotellini Zlatan İbrahimoviçin səviyyəsinə çatmasını arzulayır. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 24 yaşlı hücumçunun daha ciddi çalışmasını istəyir.
Həm “İnter”, həm də “Mançester Siti”də onun rəhbərliyi altında çıxış edən Balotelli haqda Roberto bunları dilə gətirib: “Balotelli İbrahimoviçdən köçürmək istəyir. Amma isveçli futbolçu illərin təcrübəsidi. Mario hələ çox çalışmalıdı. Arzu edirəm ki, o Zlatan kimi oyunçu olsun”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0