Robinyo Türkiyədə oynaya bilər
25.05.2014 - 17:20
Robinyo Türkiyədə oynaya bilər

Məşhur braziliyalı futbolçu Robinyonun meneceri Marco Kirdemir Türkiyəni nəzərdən keçirdiklərini bildirib. Apasport.az saytının məlumatına görə, menecer Robinyonun bu ölkədə oynaya biləcəyini istisna etməyib.

 

Kirdemir futbolçunun Türkiyədə oynaması üçün heç bir problem olmadığını vurğulayıb: “Amma təklifləri görməliyik. Robinyo Türkiyənin böyük klubları və İstanbulla bağlı kifayət qədər məlumata malikdir”.

 

Menecer “Milan”ın futbolçunu sərbəst buraxdığı barədə iddialara da aydınlıq gətirib: “Sərbəst agent olmayacaq, Çünki daha 2 illik müqaviləsi var. “Milan” onun üçün 5-6 milyon avro arasında pul tələb edir”.