Roman Qriqorçuk: Buraxdığımız qolları analiz etmək belə çətindi
04.03.2015 - 22:15
“Bizim üçün uğursuz gün oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində evdə “Simurq”a darmadağın olmalarına şərh verib: “Hətta buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik. Düşünürəm ki, futbolçularım “Qarabağ”la oyundan sonra yorğun idilər. Nəticədə futbolçular düzgün qərar verə bilmirdilər”. (pfl)
0
0