Romero Hollandiya-Argentina matçının ən yaxşısıdır
10.07.2014 - 03:25
Romero Hollandiya-Argentina matçının ən yaxşısıdır

 

Argentina yığmasının qapıçısı Serxio Romero Hollandiya və Argentina arasında keçirilən yarımfinal matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

 

Romero əsas və əlavə vaxtdan sonra təyin edilən penaltilər seriyasında rəqibin 2 zərbəsini dəf edib. Bu, Argentina millisinə 24 il sonra yenidən dünya çempionatının finalına çıxmağa imkan verib.