Ronald Kuman ən yaxşı seçildi
13.02.2015 - 14:36
Ronald Kuman ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşıları seçilib. Apasport.az saytı xəbər verir ki, ayın ən yaxşı futbolçusu və baş məşqçisinin adı açıqlanıb.

 

“Tottenhem”in hücumçusu Harri Keyn ən yaxşı futbolçu adına layiq görülüb. Buna onun yanvarda keçirilən görüşlərdə 5 qol vurub, 2 məhsuldar ötürmə verməsi səbəb olub.

 

Ən yaxşı baş məşqçi nominasiyasında isə “Sauthempton”un çalışdırıcısı Ronald Kuman hamıdan üstün olub. Onun rəhbərliyi altında komanda yanvarda “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” üzərində qələbə qazanmışdı.