Ronaldinyo Braziliyada qalacaq
11.07.2015 - 20:13
Ronaldinyo Braziliyada qalacaq

Braziliyalı futbolçu Ronaldinyo karyerasını öz ölkəsində davam etdirəcək. Apasport.az saytının “Globo”ya istinadən məlumatına görə, məşhur yarımmüdafiəçi “Fluminense” ilə müqavilə imzalayacaq.

 

Bildirilir ki, 35 yaşlı futbolçu Rio-de-Janeyro klubunda illik 2.5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Ronaldinyonun daha əvvəl Türkiyənin “Antalyaspor” klubu ilə anlaşdığı söylənilirdi.