“Real Madrid”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalındakı şanslar barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Madrid klublarından hansının şansının daha yüksək olduğu barədə suala cavab verməyə çətinik çəkib.
Bununla yanaşı o, finalda iki böyük klubun qarşılaşacağını bildirib: “Bu, bizim çoxdan gözlədiyimiz oyundur. Bizi iki böyük komanda arasında böyük final, gərgin oyun gözləyir. Finalda şanslar bərabərdir – 50/50. Ümid edirəm ki, biz bu gecə qalib gələcəyik. “Atletiko” fantastik komandadır və onların İspaniya çempionatında birinci yerdə olmaları təsadüfi deyil. Bu, çox şey barədə deyir. Finalda iki İspaniya klubunun gücünü sınaması çox xoşdur. Mən həm də Avropa Liqasında oynayan “Sevilya”ya görə şadam”.