Ronaldo: Artıq anamı söymürlər
22.01.2014 - 04:58
Ronaldo: Artıq anamı söymürlər

Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo səfər oyunlarında rəqib azarkeşlərin ona qarşı münasibətini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “France Football”a danışan 28 yaşlı yarımmüdafiəçi onların aqressiv hərəkətlərini başa düşdüyünü deyib:

 

“Məni qarşılama tərzləri elə də dostcasına deyil. Amma artıq buna öyrəşmişəm. Yeri gəlmişkən, son vaxtlar artıq anamı deyil məni söyürlər. Yəni inkişaf var. Mənim həyat tərzim də asan deyil. Əsasən bilinməyən və səssiz yerlərə gedirəm. Futbolçu karyeramdan sonra kef edcəyəm”.