Ronaldo: Balotellinin şəxsi həyatı məni maraqlandırmır
08.02.2014 - 05:35
Ronaldo: Balotellinin şəxsi həyatı məni maraqlandırmır

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Milan”ın qalmaqallı hücumçusu Mario Balotelli ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan təcrübəli yarımmüdafiəçi həmkarının şəxsi həyatı ilə deyil, meydandakı çıxışı ilə bağlı mühakimə edilməsinin daha doğru olduğunu deyib:

 

“Marionun şəxsi həyatından xəbərim yoxdur və meydandan kənar nə etdiyi ilə də maraqlanmıram. Mən onu həmişə əla futbolçu hesab edirəm. O, İtaliya Yığması və “Milan”ın dəyəridir. Hesab edirəm ki, futbolçunu meydandakı çıxışına görə mühakimə etmək lazımdır. Onun şəxsi həyatında baş verənlər məni maraqlandırmır”.

 

Qeyd edək ki, 23 yaşlı forvard tez-tez qalmaqallı hərəkətləri ilə gündəmə gəlir.