Futbol üzrə ikiqat dünya çempionu Ronaldo turistləri şübhələri bir kənara ataraq Braziliyaya səfər etməyə çağırıb. Apasport.az saytının məlumatına görə, o, Braziliyanın çempionata tam hazır olduğunu bəyan edib: “Şübhələri bir kənara atın. Gəlin və həzz alın”.
Ronaldo turistlərin təkcə yüksək səviyyəli futbol deyil, çox şey görəcəklərini vəd edib: “Siz bizim mədəniyyətimizlə tanış olacaqsınız, gözəl şəhərlər görəcəksiniz, xalqımızın necə mehriban olduğunu başa düşəcəksiniz. Özünüz görəcəksiniz – hər şey əla olacaq. Dünya çempionatının vətənimdə keçirilməsindən xoşbəxtəm. Əlbəttə, belə turnirin təşkil edilməsi çox mürəkkəbdir. Minlərlə, hətta milyonlarla xırda detalı nəzərə almaq lazımdır. Amma turnir buna dəyər. Dünya Braziliyanın və onun insanlarının necə gözəl olduğunu biləcək”.