Ronaldo: Ən güclü hücumçular onlardı
19.02.2016 - 10:40
Ronaldo: Ən güclü hücumçular onlardı

Braziliya yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Ronaldo hazırkı dövrün ən güclü mərkəz hücumçularının adlarını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “fenomen” 3 forvardı fərqləndirib.

 

Ronaldonun fikrincə, hazırkı dövrün ən güclü mərkəz hücumçuları “Bavariya, “Barselona” və Madrid “Real”ında çıxış edir: “Üç nəfərin soyadını qeyd edə bilərəm: Levandovski, Suares və Benzema. Onların arasında ən güclünü seçə bilmərəm. Çünki hər biri yüksək səviyyəli forvarddı. Birlikdə oynadığım ən güclü futbolçuya gəlincə, burda da 1 nəfərin adını çəkmək mümkün deyil. Öz dövrümün ən güclüləri ilə birgə oynamışam. Ağlıma ilk olaraq, Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov gəlir. Ancaq klublarda və Braziliya yığmasında birgə oynadığım başqa yüksək səviyyəli futbolçular da olub. Həmin ulduzlardan ibarət geniş siyahı tuta bilərəm”.

 

Qeyd edək ki, Braziliya millisində 98 matçda 62 qola imza atan Ronaldo karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians” klublarının formasını geyinib.