Ronaldo: Finala yetişəcəyəm
21.05.2014 - 05:25
Ronaldo: Finala yetişəcəyəm

 

“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo səhhətindəki problemlərin onun Çempionlar Liqasının finalında oynamağa mane olmayacağını iddia edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “Espanyol”la oyun öncəsi məşq zamanı ombasından zədələnib.

 

Ronaldo mayın 24-də keçiriləcək finalda oynayacağını vurğulayıb: “Hələlik 100 faiz hazır deyiləm. Amma finalda oynayacağam. Biz həlledici oyunda iştirak etmək üçün bütün mövsümü çalışmışıq. Hər həftə belə turnirlərdə oynayan oyunçuların zədələnməsi normal hadisədir. Mən “Real”la titulları qazanmaq üçün müqavilə imzalamışam. İndi isə xoşbəxtəm ki, bu turnirdə “Real”la ilk finalımda oynayacağam. Biz hazırlaşırıq, biz qələbə qazanmağa köklənmişik. “Atletiko Madrid” çempionatda qələbədən sonra emosional yüksəlişdədir. Amma finalda qüvvələr bərabər olacaq və əminəm ki, biz qələbə qazanacağıq”.