Braziliya millisinin heyətində iki dəfə dünya çempionluğu yaşayan Ronaldo yağmanın liderləri sayılan Nemyar və Tiaqu Silvanın Almaniyaya qarşı oyunda iştirak etməyəcəyinin heç nəyi dəyişmədiyinə əmindir. Apasport.az saytının məlumatına görə, o, Braziliyanın matçın favoriti olaraq qaldığını vurğulayıb.
Ronaldo bütün braziliyalıların qorxduğunu və narahat olduğunu etiraf edib: “Braziliya rəqib qapılarına əsas təhlükə olan Neymarı və əsas oyunçularından biri olan Silvanı itirib. Amma biz yenə də Almaniya yığmasına rahatlıq verməməliyik. Bu, iki böyük komanda arasında vacib görüş olacaq. Mən almanları favorit saymıram. Braziliya həmişə – istənilən oyunda və istənilən komandaya qarşı favoritdir. Skolari çox böyük ustadır. Əminəm ki, komandanı və Neymarın əvəzinə çıxacaq oyunçunu döyüşkən vəziyyətə gətirəcək. Mənim proqnozum belədir: Braziliya 1:0 hesabı ilə qalib gələcək”.