Ronaldo "Dövlət Nişanı” ilə təltif edildi - FOTO
20.01.2014 - 22:58
Ronaldo "Dövlət Nişanı” ilə təltif edildi - FOTO

Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo ölkəsində “Dövlət Nişanı” ilə təltif edilib. Apasport.az saytının məlumatına görə, bu gün Prezident sarayında təşkil olunan mərasimdə Ronaldoya mükafatı dövlət başçısı Anibal Kavaku Silva təqdim edib.

 

Belə ki, 28 yaşlı yarımmüdafiəçi Portuqaliyanın dünyada tanınmasında böyük rol oynadığı və gənc nəslə örnək olduğu üçün bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, Madrid “Real”ının futbolçusu 2008 və 2014-cü illərdə FİFA “Qızıl Top” mükafatına layiq görülüb.