“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo əsəbləşərək mətbuat konfransını tərk edib. Apasport.az saytının məlumatına görə, hadisə Çempionlar Liqasının 1/8 finalında səfərdə “Roma” ilə keçiriləcək matç öncəsi Ronaldo jurnalistlərin suallarını cavablandırarkən baş verib.
Türkiyə mətbuatının yazdığına görə, 31 yaşlı hücumçu media nümayəndəsinin “Niyə səfər oyunlarında az qol vurursan?” sualına əsəbləşib. Suala cavab olaraq, portuqaliyalı futbolçu bu sözləri deyib və konfransı tərk edib: “İnsanlarda başa düşüləcək bir şübhə var. Bu balaca uşağa hər şeyi verib, sonra isə əlindən alarkən ağlaması kimidir. Ümid edirəm, bu “pis formam”ı mövsümün sonuna qədər davam edərəm. Mən İspaniyaya gəlməmişdən əvvəl kim səfərdə məndən çox qol vurub? Cavabınız yoxdur? Təşəkkülər”.
Qeyd edək ki, "Roma" - "Real" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”