Ronaldo ilə İrina Şeykin ayrılma səbəbləri bəlli oldu
17.01.2015 - 00:02
Ronaldo ilə İrina Şeykin ayrılma səbəbləri bəlli oldu

“Real”ın hücumçusu Kriştianu Ronaldo ilə İrina Şeykin ayrılma səbəbləri bəlli olub.  Apasport.az saytının məlumatına görə, yanvarın 12-də İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının qalibinin açıqlandığı gecə rusiyalı model tədbirə qatılmayıb.

 

Buna səbəb isə Şeykin Yen ildən əvvəl Portuqaliya millisinin futbolçusunun anasının 60 illik yubileyinə gəlməkdən imtina etməsi olub. Ad gününə qatılmayan İrina ilə Ronaldo həmin gündən etibarən, münasibətlərinə son qoyub.

 

Qeyd edək ki, anası və 4 yaşlı oğlu ilə tədbirə qatılan Ronaldo “Qızıl top”u qazanıb. Lioen Messi, 2-ci, Manuel Noyer isə 3-cü olub.