Ronaldo ilk məşqinə çıxdı
28.07.2014 - 20:23
“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo Braziliyada keçirilən dünya çempionatından sonra ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçu 40 dəqiqə fərdi proqramla məşğul olub.
Ronaldo tam qaydasına düşmək üçün xüsusi bərpa prosesi keçməlidir. O, ancaq bundan sonra fizik baxımdan komanda yoldaşlarına çatacaq.
Xatırladaq ki, Ronaldo mundial öncəsi dizindən zədələnib. Dünya çempionatı zamanı da onun zədəsi bir neçə dəfə kəskinləşib. Buna baxmayaraq, Ronaldu bütün oyunlara çıxıb.
0
0