Ronaldo İspaniya çempionatının ən yaxşı oyunçusudur
11.07.2014 - 20:15
Ronaldo İspaniya çempionatının ən yaxşı oyunçusudur

 

“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo üçüncü dəfə İspaniya çempionatının ən yaxşı futbolçusu hesab edilib. Apasport.az saytının məlumatına görə, bu barədə “Marca” qəzeti xəbər verib.

 

Alfredo di Stefano adına mükafat ekspertlərin səsverməsi əsasında portuqaliyalı hücumçuya verilib. Ronaldo 35 səs yığıb. “Atletiko Madrid”in keçmiş hücumçusu Dieqo Kosta 16 xalla ikinci olub. Üçüncü yeri isə “Barselona”nın hücumçusu Lionel Messi tutub.